"Bank BTB" yeni kredit məhsulunu bazara çıxarıb

"Bank BTB" yeni kredit məhsulunu bazara çıxarıb Bakı. 19 aprel. REPORT.AZ/ "Bank BTB” ASC dövlət və ya özəl müəssisələrin əməkdaşlarına, həmçinin ayda minimum 400 manat təqaüd alan təqaüdçülərə “...
Maliyyə
19 Aprel , 2017 10:59
Bank BTB yeni kredit məhsulunu bazara çıxarıb

Bakı. 19 aprel. REPORT.AZ/ "Bank BTB” ASC dövlət və ya özəl müəssisələrin əməkdaşlarına, həmçinin ayda minimum 400 manat təqaüd alan təqaüdçülərə “Nağd pul krediti” məhsulunu təklif edir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kreditin maksimal məbləği 5 min manat, maksimal müddəti isə 36 aydır. Kredit üzrə illik faiz dərəcəsi kredit tarixçəsindən və müştəri kateqoriyasından asılı olaraq dəyişir, komissiya isə 1% təşkil edir. Müştərinin cari iş fəaliyyəti üzrə staj tələbi minimum 6 aydır. 2 min manatadək kredit üçün zamin tələbi yoxdur.

Krediti əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (təqaüdçülər üzrə təqaüd haqqında arayış) tələb olunur. İş yerindən arayışı elektron arayış formasında da təqdim etmək olar. 

Son xəbərlər

Orphus sistemi