"Bank BTB" xidmət şəbəkəsini genişləndirir

"Bank BTB" xidmət şəbəkəsini genişləndirir Bakı. 10 mart. REPORT.AZ/ "Bank BTB" ASC “Inşaatçılar” şöbəsini müştərilərin istifadəsinə verib. Şöbə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi,7b/...
Maliyyə
10 Mart , 2017 12:43
Bank BTB xidmət şəbəkəsini genişləndirir

Bakı. 10 mart. REPORT.AZ/ "Bank BTB" ASC “İnşaatçılar” şöbəsini müştərilərin istifadəsinə verib. Şöbə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi,7b/3 ünvanında yerləşir.

"Report" bu barədə Banka istinadən xəbər verir.

“İnşaatçılar” şöbəsində müştərilər müxtəlif bank məhsulları, depozit yerləşdirmək, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri, hesablaşma-kassa əməliyyatları və digər xidmətlərdən istifadə edə bilərlər. 

Qeyd edək ki, 2010-cu ildən fəaliyyət göstərən "Bank BTB" hazırda baş ofisdə yerləşən Müştəri Xidməti Departamenti ilə yanaşı 10 filial və 7 şöbə ilə müştərilərə xidmət göstərir.      

Son xəbərlər

Orphus sistemi