"Bank BTB”nin mənfəəti 9 dəfə artıb

"Bank BTB”nin mənfəəti 9 dəfə artıb Bakı. 26 iyul. REPORT.AZ/ “Bank BTB” ASC-nin aktivləri illik müqayisədə 27,39%-ə yaxın artaraq 1 iyul 2018-ci il tarixinə 299 449,09 min manat təşkil edib.
Maliyyə
26 İyul , 2018 11:31
Bank BTB”nin mənfəəti 9 dəfə artıb
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ “Bank BTB” ASC-nin aktivləri illik müqayisədə 27,39%-ə yaxın artaraq 1 iyul 2018-ci il tarixinə 299 449,09 min manat təşkil edib.

“Report”un banka istinadən verdiyi xəbərə görə, aktivlərin artımı kredit portfeli hesabına təmin olunub. Kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 135 931,2 min. manatdan 189 556 min manata çatıb. Bu isə artım tempinin 39,45 % olması deməkdir.

Yarım ilin yekununda bankın mənfəəti 1047,91 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çoxdur.

Məcmu kapital isə bankların kapital tələbinə tam cavab verərək 54 874,86 min manat təşkil edir.

Qeyd edək ki, hazırda Bank “BTB” ASC 10 filial, 5 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi