“Bank BTB”nin mənfəəti 83% artıb

“Bank BTB”nin mənfəəti 83% artıb “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 3,999 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
18 Oktyabr , 2019 11:57
“Bank BTB”nin mənfəəti 83% artıb

“Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 3,999 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 83,3% çoxdur.

9 ay ərzində “Bank BTB”nin gəlirləri 20,633 milyon manat (illik müqayisədə 11,6% çox), xərcləri 19,295 milyon manat (10,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2,663 milyon manat (2,4 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Bank BTB”nin aktivləri 311,957 manat olub ki, bu da 1 il əvvələ nisbətən 3% çoxdur. Bunun 185,887 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,8% böyüyüb.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 2,5% artaraq 252,357 milyon manata, o cümlədən depozit portfeli 8% artaraq 119,549 milyon manata, balans kapitalı isə 5,3% artaraq 59,6 milyon manata çatıb.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. 

Son xəbərlər

Orphus sistemi