“Bank BTB”nin istiqrazları listinqə daxil edilib

“Bank BTB”nin istiqrazları listinqə daxil edilib “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “BTB Bank” ASC-nin faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Maliyyə
3 Mart , 2020 16:35
“Bank BTB”nin istiqrazları listinqə daxil edilib

“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “BTB Bank” ASC-nin faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

“Report” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd istiqrazdan (2 milyon manatlıq) gedir. Onların ticarəti martın 5-də həyata keçiriləcək. Qiymətli kağızlar 1 il müddətinə tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək.

Yerləşdirmənin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla belə, hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi