"Bank BTB"-nin aktivləri illik 30% artıb

"Bank BTB"-nin aktivləri illik 30% artıb Bankın AMB qarşısında öhdəlikləri illik müqayisədə 8% azalıb
Maliyyə
12 İyul , 2017 18:00
Bank BTB-nin aktivləri illik 30% artıb

Bakı. 12 iyul. REPORT.AZ/ “Bank BTB” ASC-nin aktivləri illik müqayisədə 29,75% artaraq cari il iyulun 1-nə 235,067 mln. manata çatıb. Müştərilərə verilmiş kreditlər 27,46% artaraq 115,128 mln. manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın cəmi öhdəlikləri illik 39,51% artaraq iyulun 1-nə 196,052 mln. manata yüksəlib. Depozit portfeli illik 17,83% artaraq 61,053 mln. manata çatıb. Depozitlərin 10,531 min manatı müddətsiz, 50,522 mln. mantı müddətli depozitlərin payına düşüb. Azərbaycan Mərkəzi Bankının (AMB) tələbləri illik 8,07% azalaraq 30,337 mln. manata enib. 

Cari iyulun “Bank BTB”-nin nizamnamə kapitalı 52 mln. manat, məcmu kapitalı 53,169 mln. manat təşkil edib.

Bank cari ilin birinci yarımilində 122 min manat xalis mənfəət əldə edib. Qeyd edək ki, Bank ötən ilin müvafiq dövründə 10,398 min mant zərər edib. 

Son xəbərlər

Orphus sistemi