"Bank BTB"nin aktivləri 52% artıb

"Bank BTB"nin aktivləri 52% artıb Bankın zərəri illik müqayisədə 9 dəfədən çox artıb
Maliyyə
16 Noyabr , 2016 15:53
Bank BTBnin aktivləri 52% artıb

Bakı. 16 noyabr. REPORT.AZ/ "Bank BTB" ASC bu ilin III rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Bankın məcmu aktivləri oktyabrın 1-nə 237 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,08% artım deməkdir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, həmin dövrdə kredit portfelinin həcmi 54,96% artaraq 147 mln. manata çatıb. Bunun 45,608 mln. manatı və ya 31,1%-i müştərilərə xarici valyutada verilib.

Depozit portfeli isə illik müqayisədə 9,14% azalaraq 53,780 mln. manata enib. Depozitlərin 48,138 mln. manatı və ya 89,5%-i xarici valyutanın payna düşür.

Hesabat dövründə "Bank BTB" kreditlərə ehtiyatın yaradılması hesabına zərər etsə də, xalis əməliyyat mənfəəti 708 min manat olub. Belə ki, aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13,069 mln. manat ayrılıb ki, nəticədə yanvar-sentyabr ayları üzrə zərər 12,361 mln. manat olub. Qeyd edək ki, ötən ilin eyni dövründə isə Bank 1,345 mln. maat zərər edib.

Bu il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 52 mln. manat, məcmu kapitalı 52,840 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi