"Bank BTB" müştərilərinin ödənişlərini sadələşdirib

"Bank BTB" müştərilərinin ödənişlərini sadələşdirib Banka ödənişləri "EasyPay" terminalları ilə də etmək mümkündür
Maliyyə
13 Sentyabr , 2017 11:45
Bank BTB müştərilərinin ödənişlərini sadələşdirib

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Bank BTB” ASC və “EasyPay” MMC arasında olan əməkdaşlıq nəticəsində artıq Bankın bütün növ ödənişlərini bu sistemə aid terminallar vasitəsilə ödəmək imkanı yaradılıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Bankın istənilən müştərisi adıçəkilən terminallarda kredit ödənişlərini, depozit qalığının artırılmasını, ödəniş kartına bağlı və ya bağlı olmayan cari hesablarının balansının artırılmasını həyata keçirə bilər.

Bunun üçün terminalların Banklar bölməsində “Bank BTB” səhifəsi mövcuddur. Müştəri terminalda “Bank BTB” səhifəsinə keçdikdə 3 istiqamət üzrə ödəniş seçimi görəcək. Bunlar “Kredit”, “Depozit” və “Hesablar” seçimləridir. Müştəri istədiyi ödəniş istiqamətini seçəndən sonra, müştəri kodu və doğum tarixini daxil etməklə müvafiq səhifəyə keçid edib ödənişini həyata keçirə bilər. Ödəniş bitdikdə bu barədə müvafiq qəbz çap olunacaq.

“Bank BTB”-nin məhsul və xidmətləri, həmçinin filial və şöbələri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az saytından və ya bankın "Facebook" səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi