“Bank BTB” lizinq şirkəti yaradıb

“Bank BTB” lizinq şirkəti yaradıb Vergilər Nazirliyi “BTB Leasing” ASC-ni dövlət qeydiyyatına alıb
Maliyyə
580
5 Oktyabr , 2017 13:34

Bakı. 5 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi “BTB Leasing” ASC-nin dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni şirkət “Bank BTB” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 27-də qeydiyyatdan keçib.

“BTB Leasing”in nizamnamə kapitalı 30 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 30 min ədəd səhm əsasında formalaşıb.

Şirkətin qanuni təmsilçisi Cavid Eldar oğlu Zeynalovdur. O, bundan əvvəl “Bank BTB”də rəhbər vəzifələrdə çalışıb, arada hazırda ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin İdarə Heyətinin sədr müavini olub. 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi