“Bank BTB” illik 7%-lə ipoteka kreditləri təklif edir

“Bank BTB” illik 7%-lə ipoteka kreditləri təklif edir Bakı. 14 noyabr. REPORT.AZ/ “Bank BTB” ASC “Azərbaycan İpoteka Fondu” ASC-nin (AIF) xətti ilə verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini 8%-dən 7%-ə endirib.
Maliyyə
14 Noyabr , 2017 12:50
“Bank BTB” illik 7%-lə ipoteka kreditləri təklif edir

Bakı. 14 noyabr. REPORT.AZ/ “Bank BTB” ASC “Azərbaycan İpoteka Fondu” ASC-nin (AIF) xətti ilə verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini 8%-dən 7%-ə endirib.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla yanaşı, “Bank BTB” ipoteka krediti əldə edən müştərilərə əmlak sığortasını hədiyyə edəcək. Maksimal məbləği 150 min manat olan kreditləri 20% ilkin ödəniş etməklə 25 il müddətinə əldə etmək olar.

“Bank BTB”-dən ipoteka krediti əldə etməyin əsas üstünlüyü rəsmiləşdirmə prosesinin sürətli olmasıdır. Belə ki, tələb olunan sənədlər müştəri tərəfindən vaxtında təqdim edildikdə cəmi 1 həftə ərzində ipoteka krediti rəsmiləşdirilir və əmlakın alqı-satqısı həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi