"Bank BTB" güzəştli kredit kampaniyasına başlayıb

"Bank BTB" güzəştli kredit kampaniyasına başlayıb Kampaniya iyul ayının 15-dək davam edəcək
Maliyyə
16 İyun , 2017 15:38
Bank BTB güzəştli kredit kampaniyasına başlayıb

Bakı. 16 iyun. REPORT.AZ/ "Bank BTB" ASC tibb işçilərinin peşə bayramı ilə bağlı bu sektorda çalışan bütün şəxslər üçün bu gündən güzəştli kredit kampaniyasna başlayıb.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Kampaniyanın şərtlərinə əsasən, tibb işçilərinə “Nağd pul” istehlak krediti məhsulu zaminsiz 3 min manatadək, 0% komissiya ilə 3 ilədək müddətə verilir. Kreditin maksimal məbləği 5 min manatdır. Kampaniya iyul ayının 15-dək davam edəcək. Güzəştli və zaminsiz “Nağd pul” kreditini "Bank BTB"-nın baş ofisi və bütün filiallarından almaq olar. 

Hazırda bazarda "Bank BTB" 10 filial, 7 şöbə və Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi