“Bank BTB”dən xanımlara nağd pul krediti üzrə 8% endirim

“Bank BTB”dən xanımlara nağd pul krediti üzrə 8% endirim “Bank BTB” Nağd Pul məhsulu üzrə xanımlara özəl endirim kampaniyasını təqdim edir.
Maliyyə
3 Mart , 2020 13:00
“Bank BTB”dən xanımlara nağd pul krediti üzrə 8% endirim

“Bank BTB” Nağd Pul məhsulu üzrə xanımlara özəl endirim kampaniyasını təqdim edir. 

"Report" Bankda istinadən xəbər verir ki, 8 mart Qadınlar günü münasibətilə 2-6 mart tarixləri arasında nağd pul məhsuluna müraciət edən xanımlar illik faiz dərəcəsinin 8%-i qədər endirim əldə edəcəklər.

18%-dən başlayan şərtlərlə təklif olunan kreditin maksimum məbləği 30 000 AZN, kredit müddəti isə 48 ay təşkil edir. Bunlarla yanaşı, kreditə müraciət 20 000 AZN-dək olduqda zaminsiz, kredit müddəti 24 ayadək olduqda isə 0% komissiya ilə verilir.

Kampaniyanın digər özəlliyi nağd pul kreditindən yararlanan xanımlara pulsuz kredit kartı əldə etmək imkanının yaradılmasıdır.

Qeyd edək ki, kampaniya 2020-ci ilin martın 7-dək qüvvədədir. Kampaniyadan yararlanmaq üçün qeyd edilən linkə bit.ly/kredit-sifarish müraciət edə bilərsiniz.

Bu fürsətdən yararlanmaq istəyən xanımlar üçün onlayn kanallarımızı diqqətinizə çatdırırıq. Belə ki, son zamanlar istifadəyə verilmiş 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsi ilə yanaşı, Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri, həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və bankın rəsmi saytı üzərində online müraciət formaları sizin rahat şəkildə müraciət etməyiniz üçün xidmətinizdədir.

Qeyd edək ki, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Son xəbərlər

Orphus sistemi