“Bank BTB” müsabiqə keçirir

“Bank BTB” müsabiqə keçirir İştirakçılara 90 saniyə ərzində ardıcıl olaraq 15 sual təqdim olunur
Maliyyə
18 Sentyabr , 2017 14:39
“Bank BTB” müsabiqə keçirir

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Bank BTB” ASC rəsmi “Facebook” səhifəsində “Bilik yarışı” adlı müsabiqə elan edib.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Müsabiqənin şərtlərinə görə, iştirakçılara 90 saniyə ərzində ardıcıl olaraq 15 sual təqdim olunur. Hər sualda 4 cavab variantı verilir. Düzgün cavaba görə iştirakçılar 50 bal qazanacaqlar. Hər səhv cavaba görə isə iştirakçılardan 5 bal silinəcək. Müsabiqədə qənaət edilmiş saniyələrə görə də əlavə 5 bal sayılacaq. Həm də düzgün cavab ardıcıllığına görə iştirakçılar artan ardıcıllıqla əlavə 5 bal qazanacaqlar.

Əsas şərtlərdən biri də odur ki, hər iştirakçı müsabiqədə yalnız 1 dəfə iştirak edə biləcək. Müsabiqədə iştirak edənlər “Bank BTB”-nin rəsmi “Facebook” səhifəsini bəyənməlidirlər.

Müsabiqə sentyabrın 21-dək davam edəcək. Ən yüksək bal toplamış 3 iştirakçı müsabiqənin qalibi olacaq. Eyni bal toplamış iştirakçılar arasında üstünlük müqabiqədə tarix baxımından daha əvvəl iştirak etmiş iştirakçıya veriləcək. Qaliblərə "Bank BTB" ASC tərəfindən plastik kart və pul mükafatı hədiyyə olunacaq. I yer üçün "Mastercard Platinum" üstəgəl 500 manat, II yer üçün "Mastercard Gold" üstəgəl 250 manat, III yer üçün "Mastercard Classic" üstəgəl 100 manat veriləcək.

Son xəbərlər

Orphus sistemi