“Bank Avrasiya"nın xalis mənfəəti 18% azalıb

“Bank Avrasiya"nın xalis mənfəəti 18% azalıb Bakı. 24 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Bank Avrasiya ASC-nin aktivləri 10,9% artaraq bu il yanvarın 1-nə 167 637 min manata çatıb.
Maliyyə
24 Yanvar , 2019 17:38
“Bank Avrasiyanın xalis mənfəəti 18% azalıb

Bakı. 24 yanvar. REPORT.AZ/ 2018-ci ildə “Bank Avrasiya" ASC-nin aktivləri 10,9% artaraq bu il yanvarın 1-nə 167 637 min manata çatıb. 

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Bankın kredit portfeli isə 16% artaraq 99 006 min manat təşkil edib.

Hesabat dövründə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 12% artaraq 103 423 min manat, o cümlədən depozit portfeli 11% artaraq 54 455 min manat olub. 

Bu ilin əvvəlində kredit təşkilatının nizamnamə kapitalı 50 000 min manat, cəmi kapitalı isə 64 214 min manat təşkil edib.

“Bank Avrasiya” ötən il 5 182 min manat xalis mənfəət əldə edib. Bu, 2017-ci illə müqayisədə 18,4% azdır. 

2018-ci ildə Bankın faiz gəlirləri 12 085 min manat, faiz xərcləri 2 720 min manat, qeyri-faiz gəlirləri 1 425 min manat, qeyri-faiz xərcləri isə 5 005 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi