"Bank Avrasiya"nın mənfəəti 4 dəfə azalıb

"Bank Avrasiya"nın mənfəəti 4 dəfə azalıb Bakı. 15 oktyabr. REPORT.AZ/ “Bank Avrasiya ASC-nin aktivləri illik müqayisədə 7,4% artaraq bu il oktybarın 1-nə 164765 min manata çatıb. Son 1 ildə Bank Avrasiyanın kredit portfeli 6,6% artaraq 92 547 min manat təşkil edib.
Maliyyə
15 Oktyabr , 2018 10:17
Bank Avrasiyanın mənfəəti 4 dəfə azalıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ “Bank Avrasiya ASC-nin aktivləri illik müqayisədə 7,4% artaraq bu il oktybarın 1-nə 164765 min manata çatıb. Son 1 ildə "Bank Avrasiya"nın kredit portfeli 6,6% artaraq 92 547 min manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə Bankın cəmi öhdəlikləri 15,4% artaraq 103 257 min manat, o cümlədən depozit portfeli 9,2% artaraq 53 697 min manat olub. Oktybarın 1-nə kredit təşkilatının nizamnamə kapitalı 50 mln. manat, cəmi kapital isə 61 508 min manat təşkil edib.

“Bank Avrasiya” yanvar-sentyabr aylarında 2 675 min manat mənfəət əldə edib. Bankın mənfəətində ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə azalma qeydə alınıb. Bu ilin ilk doqquz ayı ərzində "Bank Avrasiya"nın faiz gəlirləri 9 098 min manat, faiz xərcləri 2 067 min manat, qeyri-faiz gəlirləri 1 002 min manat, qeyri-faiz xərcləri 3 387 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi