“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 5,926 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
9 ay ərzində “Bank Avrasiya”nın gəlirləri 9,652 milyon manat (illik müqayisədə 4,4% az), xərcləri 5,426 milyon manat (0,5% az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 1,699 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Bank Avrasiya”nın aktivləri 164,387 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,2% azdır. Bunun 78,388 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,8% böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 8,7% azalaraq 94,287 milyon manata, o cümlədən depozit portfeli 12,7% azalaraq 46,888 milyon manata düşüb, balans kapitalı isə 14% artaraq 70,1 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.