​"Bank Avrasiya"nın aktivləri son bir ayda 2% artıb

​"Bank Avrasiya"nın aktivləri son bir ayda 2% artıb Bankın xalis əməliyyat mənfəəti 2,5 mln. manata çatıb
Maliyyə
18 İyun , 2016 12:41
​Bank Avrasiyanın aktivləri son bir ayda 2% artıb

Bakı. 18 iyun. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin məcmu aktivləri aprel ayı ərzində 1,76% artaraq mayın 1-nə 122,658 mln. manata çatıb. Lakin ilin əvvəlinə nisbətən aktivlər 0,53% azalıb.

"Report" xəbər verir ki, hesabat ayında Bankın kredit portfeli 0,03% artaraq 87,298 mln. manat, depozit portfeli isə 3,88% artaraq 28,602 mln. manata yüksəlib.

Qeyd edək ki, ay ərzində "Bank Avrasiya"nın cəmi öhdəlikləri 0,72% artaraq 68,066 mln. manat, məcmu kapitalı isə 3,08% artaraq 54,592 mln. manat olub.

Bu ilin yanvar-aprel ayları ərzində "Bank Avrasiya"nın faiz gəlirləri 4,212 mln. manat, faiz xərcləri 1,123 mln. manat, qeyri-faiz gəlirləri 0,459 mln. manat, qeyri-faiz xərcləri 1,095 mln. manat olub. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 2,453 mln. manat təşkil edib.

"Bank Avrasiya" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına çəkdiyi xərclərə 0,962 mln. manat qənaət edib. Bununla da, Bank mayın 1-nə 3,415 mln. manat xalis mənfəətlə çıxıb.

Son xəbərlər

Orphus sistemi