"Bank Avrasiya"nın aktivləri 22% artıb

"Bank Avrasiya"nın aktivləri 22% artıb Bakı. 21 aprel. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin aktivləri illik müqayisədə 21,5% artaraq 2017-ci il aprelin 1-nə 146 479,5 min manata çatıb."Rep...
Maliyyə
21 Aprel , 2017 17:32
Bank Avrasiyanın aktivləri 22% artıb

Bakı. 21 aprel. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin aktivləri illik müqayisədə 21,5% artaraq 2017-ci il aprelin 1-nə 146 479,5 min manata çatıb.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bankın kredit portfeli illik 6,97% artraq aprelin 1-nə 93 354,8 min manata yüksəlib. Kredit portfelinin 13,1%-nin və ya 12 252,2 min manatının ödəniş vaxtı keçib. Cəmi öhdəliklər illik 27,6% artaraq 86 229,1 min manat təşkil edib. Bu müddətdə müştəri depozitləri də 36,4% artaraq 37 549,2 min manata çatıb. Cari il aprelin 1-nə bankın nizamnamə kapitalı 50,0 mln. manat, cəmi kapitalı 60,25 mln. manat, məcmu kapitalı 59,608 mln. manat təşkil edib.

Cari ilin birinci rübündə vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət 7 360,4 min manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Faiz gəlirləri 2 990,5 min manat, faiz xərcləri 837,5 min manat, qeyri-faiz gəlirləri 932,9 min manat, qeyri-faiz xərcləri 959,2 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi