​Bakı və İstanbul fond birjaları əməkdaşlığı genişləndirir

​Bakı və İstanbul fond birjaları əməkdaşlığı genişləndirir Tərəflər qiymətli kağızlarla ticarətin genişləndirilməsi, yeni investorların cəlb edilməsi və təcrübə mübadiləsi məsələlərini müzakirə edib
Maliyyə
22 Oktyabr , 2014 10:11

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) və İstanbul Birjası qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı genişləndirmək niyyətindədir. "Report"un məlumatına görə, BFB-nin İdarə Heyətinin sədri Fariz Əzizovun İstanbul Birjasının icraçı sədrinin müavini Mustafa Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bununla bağlı əsas məqamlar nəzərdən keçirilib.

Görüşdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub, bazarlar arasında əlaqələrin mövcud potensialından istifadənin hər iki tərəf üçün faydası vurğulanıb.

Sonra tərəflər arasında qiymətli kağızlarla ticarət əməmliyyatlarının genişləndirilməsi, bazarlara yeni investorların cəlb edilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi