"BakuBus"ın nizamnamə kapitalı artırılacaq

"BakuBus"ın nizamnamə kapitalı artırılacaq Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus BakuBus MMC 2019-cu il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.
Maliyyə
140
6 May , 2020 15:19
BakuBusın nizamnamə kapitalı artırılacaq
0 : 00
0 : 00

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus" MMC 2019-cu il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" xəbər verir ki, sorğunun qalibi "Nexia EA" QSC-dir.

Qalib şirkətə 17 700 manat ödəniləcək.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Hazırda onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir. 

Orphus sistemi