“Baku Trade Management” nizamnamə kapitalını formalaşdırır

“Baku Trade Management” nizamnamə kapitalını formalaşdırır Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətin ilkin səhm emissiyasını dövlət qeydiyyatına alıb
Maliyyə
22 Fevral , 2017 11:04
“Baku Trade Management” nizamnamə kapitalını formalaşdırır

Bakı. 22 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "Baku Trade Management" QSC-nin (BTM) səhm emissiyasını (AZ1001019996) dövlət qeydiyyatına alıb.

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, emissiya şirkətin hər birinin nominal dəyəri 50 manat olan 100 ədəd adi səhmlərinin ilkin buraxılışını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək və BTM-ə 5 min manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək. 

Xatırladaq ki, BTM bu il fevralın 7-də dövlət qeydiyyatından keçib. 

Son xəbərlər

Orphus sistemi