Bakıda yerli sığortaçılara aqrarsığorta üzrə təlim keçiriləcək

Bakıda yerli sığortaçılara aqrarsığorta üzrə təlim keçiriləcək Toplantıda kənd təsərrüfatı sığortasının əhəmiyyəti və sığorta məhsullarının hazırlanması metodologiyası müzakirə olunacaq
Maliyyə
24 Noyabr , 2015 18:16
Bakıda yerli sığortaçılara aqrarsığorta üzrə təlim keçiriləcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda kiçik və ortamiqyaslı aqro-biznes müəssisələrinin inkişafına yardım etmək və aqro-sığortanı təşviq etmək məqsədilə noyabrın 26-da “Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda görüş keçiriləcək.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, tədbir müzakirələr və təlimlər olmaqla iki paneldən ibarət olacaq.

İlk paneldə “Kənd təsərrüfatı (KT) sektorunun inkişafı və təkmilləşdirilməsində kənd təsərrüfatı sığortasının əhəmiyyəti” mövzusunda panel müzakirələri aparılacaq. İkinci paneldə iştirakçılara KT sığorta məhsullarının hazırlanması metodologiyası üzrə təlim keçiriləcək.

Təlim zamanı iştirakçılar məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqro-sığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlərlə təmin olunacaq. IFC-nin (Beynəlxalq Maliyyə Korporasiyası) ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübələrini bölüşəcəklər.

Qeyd edək ki, görüş IFC-nin Avropa və Mərkəzi Asiya üzrə Aqro-maliyyə Layihəsi tərəfindən yerli sığorta şirkətləri üçün təlim təşkil etmək məqsədilə ASA ilə birlikdə keçirilir.

Son xəbərlər

Orphus sistemi