Bakıda nağd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili üzrə beynəlxalq konfrans keçirilir

Bakıda nağd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili üzrə beynəlxalq konfrans keçirilir Bakı.3 aprel. REPORT.AZ/ Bakıda Azərbaycan Mərkəzi Bankının təşkilati dəstəyi ilə “Nağd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Maliyyə
3 Aprel , 2018 10:14
Bakıda nağd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili üzrə beynəlxalq konfrans keçirilir
Report

Bakı.3 aprel. REPORT.AZ/ Bakıda Azərbaycan Mərkəzi Bankının təşkilati dəstəyi ilə “Nağd pul tədavülü, banklarda inkassasiya və kassa əməliyyatlarının təşkili” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

"Report" xəbər verir ki, iki gün davam edəcək konfransın keçirilməsinin əsas məqsədi nağd pul sahəsində faydalı fikir və təcrübə mübadiləsinin aparılması, yeniliklərin və innovasiyaların tətbiqi, müştərək biznes ideyalarının tapılması, yeni işgüzar əlaqələrin qurulması üçün imkanların yaradılmasıdır. 

Konfransda müasir bank sektorunda nağd pul tədavülünün rolu, nağd pul dövriyyəsinin idarə edilməsində yeni texnologiyaların və konsepsiyaların tətbiqi, pul nişanlarının mühafizə sistemlərinin təkmilləşdirilməsi və saxtakarlığa qarşı mübarizə mövzusunda aktual məsələlər müzakirə olunacaq. Konfrans çərçivəsində iştirakçı şirkətlər tərəfindən müxtəlif bank avadanlıqları və məhsullarının sərgisinin keçirilməsi də nəzərdə tutulub.

Konfransda MDB və digər ölklələrin mərkəzi banklarının, maliyyə təşkilatlarının, həmçinin banklar üçün ixtisaslaşmış məhsul və xidmətlər istehsal edən şirkətlərin nüməyəndələri, nağd pul sferasının aparıcı analitikləri, eləcə də beynəlxalq ekspertləri iştirak edirlər.

Xatırladaq ki, konfransın əsas təşəbbüskarı Ukrayna-Estonya müştərək qurumu olan “Biznes-Format” şirkətidir. Son illər ərzində bu konfrans Ukrayna, Belarus və Qazaxıstan kimi ölkələrdə təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi