Bakıda “Müştəri Təhlükəsizliyi Proqramı” üzrə seminar keçirilib

Bakıda “Müştəri Təhlükəsizliyi Proqramı” üzrə seminar keçirilib Tədbirdə “SWIFT” İstifadəçilər Qrupunun Azərbaycan üzrə rəhbəri Nahid Zeynalov da iştirak edib
Maliyyə
30 Sentyabr , 2017 05:47
Bakıda “Müştəri Təhlükəsizliyi Proqramı” üzrə seminar keçirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyəti tərəfindən “Müştəri Təhlükəsizliyi Proqramı” üzrə seminar keçirilib.

Bu barədə “Report”a Azərbaycan Banklar Assosiasiyasının (ABA) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən ABA prezidenti Zakir Nuriyev ödəniş sistemlərindən, onların inkişafının müsbət effektlərindən danışıb. Ödəniş sistemlərinin inkişafında bank sektorunun da əhəmiyyətini vurğulayan Z.Nuriyev bankların son illərdə ödəniş infrastrukturunda, elektron bankçılıq xidmətlərinin həcmində, ATM və POS terminal şəbəkəsinin genişləndirilməsində əhəmiyyətli irəliləyişlərə nail olduğunu deyib.

Həmçinin tədbirdə “SWIFT” İstifadəçilər Qrupunun Azərbaycan üzrə rəhbəri Nahid Zeynalova iştirak edib.

Daha sonra Z.Nuriyev artan kiberhücumlar və ödəniş fırıldaqlarına qarşı SWIFT-in və seminarın əhəmiyyətindən söz açıb, seminarı ABA ilə SWIFT arasında qarşılıqlı faydalı əməkdaşlıq baxımından başlanğıc hesab edib.

“Onu da qeyd etmək istərdim ki, dünən ABA-da keçirilmiş toplantıda SWIFT-in təqdim etdiyi xidmət və məhsulların tətbiqi, mövcud funksional imkanlardan ölkədə fəaliyyət göstərən banklar tərəfindən səmərəli istifadənin təşkili məqsədilə yaradılmış “SWIFT İstifadəçilər Qrupu”na Azərbaycan üzrə ABA-ya üzv bankların təmsilçiləri arasından rəhbər və katib seçilib. Biz bunu ABA ilə SWIFT arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndiririk və xüsusi olaraq vurğulamaq istərdik ki, bu əməkdaşlığın dərinləşməsində maraqlıyıq”-deyə Zakir Nuriyev bildirib.

Son xəbərlər

Orphus sistemi