Bakıda "Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimatı keçirilir

Bakıda "Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimatı keçirilir Layihə İsveçrə hökumətinin ayırdığı 3 mln. dollarlıq qrant hesabına 2017-2020-ci illərdə həyata keçiriləcək
Maliyyə
24 Fevral , 2017 10:24
Bakıda Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsinin II fazasının təqdimatı keçirilir

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə “Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimatı keçirilir.

“Report”un məlumatına görə, tədbirdə bildirilib ki, layihə İsveçrə hökumətinin ayırdığı 3 mln. ABŞ dolları məbləğində qrant hesabına WB tərəfindən 2017-2020-ci illərdə həyata keçiriləcək. Layihənin məqsədi hüquqi və tənzimləyici bazanın genişləndirilməsi, Palatanın nəzarət potensialının gücləndirilməsi, əmanətçilər və maliyyə xidməti istehlakçılarının maraqlarını qorumaq məqsədi ilə maliyyə təhlükəsizliyinin gücləndirilməsi vasitəsilə Azərbaycanın maliyyə sektorunu stabilləşdirmək və inkişafına dəstək verməkdən ibarətdir.

Təqdimatda çıxış edən MBNP-nin Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı deyib ki, Azərbaycan hazırda tənzimləyici baza və institutlarını gücləndirməklə maliyyə sektorunun transformasiyası məqsədi ilə hərtərəfli islahatlar həyata keçirməkdədir: “SECO və WB ilə davamlı əməkdaşlıq bizə qabaqcıl beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanı verəcək”.

Onun sözlərinə görə, layihə əsasən 3 istiqaməti özündə birləşdirir: “Bu, maliyyə sektorunda effektiv tənzimləmə və nəzarət çərçivəsinin formalaşması, bank sektorunda dayanıqlığın artırılması, eləcə də bu 2 istiqamətə əsaslanmış maliyyə xidməti istehlakçılarının maraqlarının müdafiə edilməsidir”.

R.Aslanlı onu da qeyd edib ki, bu, təkcə Azərbaycan hökuməti üçün deyil, həm də WB və SECO üçün böyük əhəmiyyət kəsb edir: “Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi də daxil olmaqla əksər dövlət qurumları bu layihənin reallaşdırılmasına böyük önəm verir”. 

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi