Bakıda kapital bazarları vasitəsilə maliyyələşmə yolları və buna təsir edən amillər müzakirə edilib

Bakıda kapital bazarları vasitəsilə maliyyələşmə yolları və buna təsir edən amillər müzakirə edilib Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasının (BFB) və İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Azərbaycan Kapital bazarları vasitəsilə maliyyələşmənin yolları və buna təsir edən amillər” mövzusunda dəyirmi masa keçirilib.
Maliyyə
13 Dekabr , 2017 16:38
Bakıda kapital bazarları vasitəsilə maliyyələşmə yolları və buna təsir edən amillər müzakirə edilib
Report

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasının (BFB) və İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Azərbaycan Kapital bazarları vasitəsilə maliyyələşmənin yolları və buna təsir edən amillər” mövzusunda dəyirmi masa keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının və müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan AZPROMO-nun vitse prezidenti Murad Abdullayev investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək Azərbaycanda sahibkarlığın inkişafında kapital bazarlarının önəmindən danışıb.

BFB-nin İdarə Heyətinin sədri Vüqar Namazov isə tədbir iştirakşılarına kapital bazarlarının maliyyə sistemində tutduğu vacib və əhəmiyyətli rol barədə məlumat verib. Azərbaycan iqtisadiyyatında maliyyə axınlarının kapital bazarları vasitəsi ilə şaxələndirilməsi və bu sahədə rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlər barədə danışan V.Namazov şirkətlərin maliyyələşməsində kapital bazarlarının rolunun artırılması üçün mövcud imkanlardan bəhs edib.

Qeyd edək ki, bu kimi tədbirlər “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq sahiblik düşüncə tərzinin dəyişdirilməsi və kapital bazarlarının təşviqinə xidmət edir. Dəyirmi masada şirkətlərin listinqə çıxışına maneə olan amillərin müəyyən edilməsi, investorların kapital bazarlarından gözləntiləri, listinqin təşviq edilməsi üçün təklif olunan addımlar, eləcə də şirkət nümayəndələrini maraqlandıran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Sonda iştirakçılar bu kimi tədbirlərin mütəmadi keçirilməsini qərara alıb. 

Son xəbərlər

Orphus sistemi