Bakı. 5 may. REPORT.AZ/ Bu gün Bakıda "Rəqəmsal Biznes Trendlər" adlı II Maliyyə və İnvestisiya Forumu (FIF-2018) işə başlayıb.
"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə forumun həmtəsisçisi Emin İsmayılov açıb.
O bildirib ki, forumun məqsədi maliyyə-investisiya sahəsində çatışmazlıqları müzakirə etmək və təkliflər hazırlamaqdır. Tədbir çərçivəsində üç panel olacaq.
E.İsmayılovun sözlərinə görə, ötən il keçirilmiş I foruma 200 şirkətdən 500 əməkdaş qatılıb. Bu il bu rəqəmin artacağı gözlənilir.