Bakıda Formula 1-lə əlaqədar banklar gücləndirilimiş rejimində işləyəcək

Bakıda Formula 1-lə əlaqədar banklar gücləndirilimiş rejimində işləyəcək 24 bankın 60 filial və şöbəsi iyunun 23-25-də gücləndirilmiş iş rejimində xidmət göstərəcək
Maliyyə
23 İyun , 2017 16:12

Bakı. 23 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə 2017 Formula 1 Azərbaycan Qran Prisi yarışı ilə əlaqədar olaraq bir sıra kommersiya banklarının filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Bakıya gələcək əcnəbi qonaqların və şəhər sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 60 filial və şöbəsi 23-25 iyun tarixlərində gücləndirilmiş rejimində işləyəcək.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, bundan əlavə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 2 filial və 6 şöbəsi 24 saat fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi