Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Şahmat Federasiyası bank əməkdaşları arasında şahmat turniri keçirəcək. "Report"un məlumatına görə, mayın 10-da start götürəcək yarış ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunacaq.
"Banklar arasında şəxsi komanda yarışı" adı altında keçiriləcək yarış mayın 17-də başa çatacaq.
Turnirin təşkilində əsas məqsəd şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli keçirilməsinə şərait yaratmaqdır. Mükafat fondu isə ilk üç yeri tutan komanda, ən yaxşı 5 kişi və ən yaxşı bir qadın yarışçı üçün nəzərdə tutulub.
İsveçrə sistemi ilə keçiriləcək yarışda iştirak etmək istəyən bank əməkdaşları 50 manat ödəməlidirlər.