Bakıda Azərbaycan və İran mərkəzi banklarının sədrləri arasında görüş keçirilib

Bakıda Azərbaycan və İran mərkəzi banklarının sədrləri arasında görüş keçirilib Görüşdə iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb
Maliyyə
13 Noyabr , 2014 17:38
Bakıda Azərbaycan və İran mərkəzi banklarının sədrləri arasında görüş keçirilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan İran Mərkəzi Bankının sədri Vəliullah Seyfini qəbul edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkənin bank sistemləri, o cümlədən mərkəzi bankları arasında əməkdaşlığın inkişafı barədə, eləcə də İran prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçılarının iştirakı ilə iki ölkə arasında müxtəlif sahələrdə imzalanmış anlaşma memorandumlarından irəli gələn maliyyə-bank məsələləri ətrafında müzakirələr aparılıb.

E.Rüstəmov ölkələr arasında iqtisadi, o cümlədən bank sahəsində əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, hər iki ölkənin mərkəzi bankları və bütövlükdə bank sektorları arasında gələcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb. AMB sədri ümumilikdə Azərbaycan iqtisadiyyatı, o cümlədən maliyyə-bank sektorunun davamlı inkişaf istiqamətləri barədə ətraflı məlumatları qonağın diqqətinə çatdırıb.

İran Mərkəzi Bankının sədri isə öz növbəsində Azərbaycanın maliyyə-bank sektorunda görülən işləri yüksək qiymətləndirərək qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirib. İran və Azərbaycan arasında iqtisadi əlaqələr, o cümlədən bank sistemləri üzrə çoxşaxəli münasibətlərin qurulduğunu qeyd edən V.Seyfi bu əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi