“Bakı Telefon Rabitəsi” mənfəətlə işləməyə başlayıb

“Bakı Telefon Rabitəsi” mənfəətlə işləməyə başlayıb Bakı. 1 dekabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 100,922 mln. manat təşkil edib.
Maliyyə
1 Dekabr , 2017 11:16
“Bakı Telefon Rabitəsi” mənfəətlə işləməyə başlayıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 100,922 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,65% azdır.

Hesabat dövründə “Bakı Telefon Rabitəsi”nin cəmi kapitalı 14,8% artaraq 75,56 mln. manata çatıb, cəmi öhdəlikləri isə 36,6% azalaraq 25,362 mln. manata düşüb.

2016-cı ildə şirkətin göstərdiyi xidmətlərdən gəliri 68,816 mln. manat (2015-ci ilə nisbətən 2,55% çox), xidmətlərinin maya dəyəri 39,766 mln. manat (10,1% az), ümumi, inzibati və digər əməliyyat xərcləri 17,922 mln. manat (30,7%), digər əməliyyat gəlirləri 3,796 mln. manat (22,1% çox), maliyyə xərcləri 808 min manat (69,6% az) təşkil edib. Son nəticədə, ötən il rabitə müəssisəsinin vergiöncəsi mənfəəti 14,116 mln. manat olub (əvvəlki il - 2,543 mln. manat zərər olub).

2016-cı ildə “Bakı Telefon Rabitəsi” 2015-ci illə müqayisədə 76,7% çox – 4,385 mln. manat mənfəət vergisi ödəyib və ili 9,731 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2015-ci ildən 5,025 mln. manat xalis zərərlə çıxıb.

Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” MMC 1997-ci ildən fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) bazasında bu il yaradılıb. Ötən il şirkətin nizamnamə kapitalı dəyişməyək 32,6 mln. manat qalsa da, hazırda bu rəqəm təxminən 41,553 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi