“Bakı Sığorta”nın xalis mənfəəti 35% azalıb

“Bakı Sığorta”nın xalis mənfəəti 35% azalıb “Bakı Sığorta” ASC 2020-ci ili 155 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
30 Mart , 2021 09:52
“Bakı Sığorta”nın xalis mənfəəti 35% azalıb

“Bakı Sığorta” ASC 2020-ci ili 155 min manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-ci ilə nisbətən 34,5 % azdır.

Ötən il “Bakı Sığorta”nın gəlirləri 2,627 milyon manat (illik müqayisədə 25,9 % çox), xərcləri 2,433 milyon manat (36 % çox), mənfəət vergisi ödəmələri isə 39 min manat (34,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Sığorta”nın aktivləri 11,785 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 54,4 % artaraq 2,175 milyon manata, balans kapitalı isə 1 % artaraq 9,61 milyon manata çatıb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).

Son xəbərlər

Orphus sistemi