“Bakı Sığorta”nın xalis mənfəəti 10%-dən çox artıb

“Bakı Sığorta”nın xalis mənfəəti 10%-dən çox artıb Bakı. 29 mart. REPORT.AZ/ “Bakı Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 10,728 mln. manat təşkil edib.
Maliyyə
29 Mart , 2018 09:08
“Bakı Sığorta”nın xalis mənfəəti 10%-dən çox artıb

Bakı. 29 mart. REPORT.AZ/ “Bakı Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 10,728 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3% azdır.

2017-ci ildə “Bakı Sığorta”nın cəmi öhdəlikləri 16,75% azalaraq 1,784 mln. manata düşüb, cəmi kapitalı isə 0,3% artaraq 8,944 mln. manata çatıb.

Ötən il “Bakı Sığorta”nın gəlirləri 2,501 mln. manat (əvvəlki ilə nisbətən 20,2% az), xərcləri isə 2,173 mln. manat (23,4% az) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 328 min manat olub ki, bu da illik müqayisədə 10,5% çoxdur. 

2017-ci ildə "Bakı Sığorta" 66 min manat mənfəət vergisi ödəyib və ili 262 min manat xalis mənfəətlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi