“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncaq martın 10-da baş tutacaq
Maliyyə
25 Yanvar , 2017 08:57
“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Martın 10-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 

“Report” xəbər verir ki, yığıncaq saat 10:00-da Şirkətin mərkəzi ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100E ünvanında baş tutacaq.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib.. Onun nizamnamə kapitalı 8 925 444 manatdır. Şirkətin səhmlərinin 57,98%-i “Bank Respublika” ASC-yə, 42,02%-i isə "Diamond Motors", "Subaru Azərbaycan" və "Yeni Motor" MMC-lərə, eləcə də 2 fiziki şəxsə - Murad Arif oğlu Rəhimova və Behbud Çingiz oğlu Nəcəfova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi