"Bakı Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib

"Bakı Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib "Bakı Sığorta" ASC "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərini həyata keçirmək üçün İcbari Sığorta
Maliyyə
295
12 Yanvar , 2021 14:08
Bakı Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib

"Bakı Sığorta" ASC "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərini həyata keçirmək üçün İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil edilib.

"Report" bu barədə Büroya istinadən xəbər verir.

Bununla da, İSB-nin üzvü olan sığorta şirkətlərinin sayı 16-ya çatıb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmləri "Bank Respublika" ASC-yə (51,29%), “Toyota Absheron Center” MMC-yə (9,38%), “Subaru Azərbaycan” MMC-yə (9,38%), “Yeni Motor” MMC-yə (9,38%), Murad Rəhimova (6,97%), Behbud Nəcəfova (6,93%) və “Ekolizinq” MMC-yə (6,68%) məxsusdur.

Son xəbərlər

Orphus sistemi