“Bakı Sığorta” ASC-nin Təftiş Komissiyasına yeni sədr təyin edilib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, vəzifə Eldəniz Əkbər oğlu Həsənova həvalə olunub.
Bundan başqa, Komissiyaya yeni üzv də seçilib. Bu, Natəvan Əziz qızı Yusifovadır.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Şirkətin səhmdarları “Bank Respublika” ASC (51,29%), “Diamond Motors”, “Subaru Azərbaycan” və “Yeni Motor” MMC-lər (hər biri 9,375%), Murad Arif oğlu Rəhimov (6,9653%), Behbud Çingiz oğlu Nəcəfov (6,9312%) və “Ekolizinq” MMC-dir (6,68%).