Azərbaycan Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi könüllü tibbi sığorta xidmətinin satınalınması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azərbaycan Sənaye Sığorta" ASC-dir.
Qalib şirkətə 55 328 manat ödəniləcək.