“Bakı Metropoliteni” ötən il bağlanmış banklardakı pulunu ala bilməyib

“Bakı Metropoliteni” ötən il bağlanmış banklardakı pulunu ala bilməyib 2019-cu ildə “Bakı Metropoliteni” QSC lisenziyası ləğv edilmiş 2 bankdakı pulunu ala bilməyib.
Maliyyə
26 iyun 2020 09:02
“Bakı Metropoliteni” ötən il bağlanmış banklardakı pulunu ala bilməyib

2019-cu ildə “Bakı Metropoliteni” QSC lisenziyası ləğv edilmiş 2 bankdakı pulunu ala bilməyib.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu ilin əvvəlinə metronun “Texnika Bank” ASC-dəki vəsaitlərinin məbləği 1 563 289 manat, “Bank Standard” QSC-dəki vəsaitlərinin məbləği isə 2 145 793 manat təşkil edib. Bu da ötən ilin əvvəli ilə müqayisədə eynidir.

“Texnika Bank”dakı vəsaitlər Azərbaycan manatı, “Bank Standard”dakı vəsaitlər isə ABŞ dolları ilə yerləşdirilib.

“Ləğv prosesində olan bankların öhdəliklərini məhkəmənin təyin edəcəyi ləğvedici (Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək”, - deyə hesabatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi