Bakı meriyasına aid şirkət 8 milyon manatlıq 2 tenderə yekun vurub

Bakı meriyasına aid şirkət 8 milyon manatlıq 2 tenderə yekun vurub Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC dövlət müəssisələrinə subsidiyaların verilməsi (1), eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri (2) ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.
Maliyyə
21 Aprel , 2020 12:15
Bakı meriyasına aid şirkət 8 milyon manatlıq 2 tenderə yekun vurub
Report

Bakı Şəhər İcra Hakimiyyəti yanında "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC dövlət müəssisələrinə subsidiyaların verilməsi (1), eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri (2) ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, I tenderin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa” QSC, II tenderin qalibi isə "Star Construktion-12" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 4 993 min manat və 2 994 min manat, ümumilikdə 7 987 min manat ödəniləcək. 

Son xəbərlər

Orphus sistemi