Bakı Konqres Mərkəzi sığortaçı seçir

Bakı Konqres Mərkəzi sığortaçı seçir Qurum daşınmaz əmlakın icbari sığortasına dair açıq tender elan edib
Maliyyə
11 İyul , 2018 11:06
Bakı Konqres Mərkəzi sığortaçı seçir

Bakı. 11 iyul. REPORT.AZ/ “Bakı Konqres Mərkəzi” MMC daşınmaz əmlakın icbari sığortasına dair açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 60 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 13-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 21-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Aslan Nuriyevdir (tel.: (050) 273 99 01).

Təkliflərə avqustun 24-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi