Bakı Fond Birjasının dövriyyəsi 4 dəfəyə yaxın artıb

Bakı Fond Birjasının dövriyyəsi 4 dəfəyə yaxın artıb Dövlət qiymətli kağızlar bazarında 28% artım qeydə alınıb
Maliyyə
10 Mart , 2017 17:44
Bakı Fond Birjasının dövriyyəsi 4 dəfəyə yaxın artıb

Bakı. 10 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə həyata keçirilən əqdlərin ümumi həcmi 1 446 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 3,7 dəfə artım deməkdir.

"Report" bu barədə BFB-ya istinadən xəbər verir.

Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi illik müqayisədə 28,4% artaraq 162,2 mln. manata yüksəlib. Bunun 35,1 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 127,1 mln. manatı isə Mərkəzi Bankın notlarının payına düşüb.

Qeyd olunan dövrdə pay bazarı 108 dəfə artaraq 600,5 mln. manat təşkil edib. Borc alətləri bazarı isə 6,5 dəfə artaraq 87,4 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi