Bakı Fond Birjasının dövriyyəsi 2,3 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 2,3 dəfə artıb Beş ay ərzində 11,6 mln. manatlıq REPO əməliyyatları aparılıb
Maliyyə
6 İyun , 2017 17:42
Bakı Fond Birjasının dövriyyəsi 2,3 dəfə artıb
Report

Bakı. 6 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə keçirilən bağlanılan əqdlərin ümumi dəyəri 3,334 mlrd. manat təşkil edib.

"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının həcmi illik müqayisədə 3 dəfə artaraq 719,3 mln. manata çatıb. Bunun da 289,9 mln. manatını Maliyyə Nazirliyinin dövlət istiqrazları, 429,4 mln. manatını isə Azərbaycan Mərkəzi Bankının notları təşkil edib.

Son 1 ildə pay (səhm) bazarının həcmi 99 dəfə artaraq 601,4 mln. manata, borc (istiqraz) bazarının həcmi isə 8,6 dəfə artaraq 284,4 mln. manata yüksəlib. Hesabat dövründə törəmə maliyyə alətləri bazarının (Forex) həcmi isə 46% artaraq 1,718 mlrd. manat təşkil edib.

5 ay ərzində REPO əməliyyatlarının həcmi isə 11,6 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu növ əməliyyat həyata keçirilməyib. 

Son xəbərlər

Orphus sistemi