Bakı Fond Birjasının dövriyyəsi 12 %-dən çox artıb

Bakı Fond Birjasının dövriyyəsi 12 %-dən çox artıb Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 6 milyard 470,138 milyon manat təşkil edib.
Maliyyə
4 May , 2022 15:52
Bakı Fond Birjasının dövriyyəsi 12 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 6 milyard 470,138 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 3,2 dəfə azalaraq 1 173 olub.

BFB-nin dövriyyəsinin 54,6 %-i, yaxud 3 milyard 530,369 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 8,4 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 2,9 dəfə artaraq 398,433 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 42,5 % artaraq 2 milyard 541,336 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi