Bakı Fond Birjasında kadr dəyişikliyi olub

Bakı Fond Birjasında kadr dəyişikliyi olub Birjanın İdarə Heyəti sədrinin köməkçisi dəyişib
Maliyyə
25 Oktyabr , 2017 10:33
Bakı Fond Birjasında kadr dəyişikliyi olub
Report

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyəti sədrinin köməkçisi dəyişib.

“Report” xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Ayan İmanovanı Aysel İsayeva əvəz edib.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

Son xəbərlər

Orphus sistemi