Bakı Fond Birjasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı Fond Birjasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Dünya Bankının dövlət qiymətli kağızlar bazarının inkişafı üzrə işçi qrupu ilə görüş keçirilib.
Maliyyə
8 Dekabr , 2017 18:44
Bakı Fond Birjasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Dünya Bankının dövlət qiymətli kağızlar bazarının inkişafı üzrə işçi qrupu ilə görüş keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, görüşdə xarici qonaqlara birjanın fəaliyyəti, dövlət qiymətli kağızlarının ticarətində istifadə olunan qabaqcıl texnologiyalar və metodologiyalar haqqında ətraflı məlumatlar verilib.

Bundan əlavə, tərəflər “Azərbaycanın Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarət Sonrası və Nəzarət Sistemi”nin (CETA) imkanları və perspektivləri, dövlət qiymətli kağızları və pul bazarı alətlərinin ticarəti üçün yaratdığı qabaqcıl imkanlar, eləcədə dövlət qiymətli kağızlarının inkişafı və likvidliyin artırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi