“Bakı Fond Birjası” yenidən zərərlə işləməyə başlayıb

“Bakı Fond Birjası” yenidən zərərlə işləməyə başlayıb “Bakı Fond Birjası” QSC (BFB) 2021-ci ili 270 min manat xalis zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2020-ci ildən 826 min manat xalis mənfəətlə çıxmışdı.
Maliyyə
4 May , 2022 16:49
“Bakı Fond Birjası” yenidən zərərlə işləməyə başlayıb

“Bakı Fond Birjası” QSC (BFB) 2021-ci ili 270 min manat xalis zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2020-ci ildən 826 min manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il BFB-nin vergiyəqədərki zərəri 302 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri isə 32 min manat (əvvəlki ilə nisbətən 6,8 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə BFB-nin aktivləri 12,28 milyon manat olub ki, bu da illik müqayisədə 3,8% azdır. Hesabat dövründə Birjanın öhdəlikləri 9,7 % artaraq 1,205 milyon manat çatıb, balans kapitalı isə 5,1 % azalaraq 11,075 milyon manat, nizamnamə kapitalı isə 4 dəfə artaraq 5,04 milyon manat olub.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.

Son xəbərlər

Orphus sistemi