"Bakı Fond Birjası"nda ticarət saatları artırılır

"Bakı Fond Birjası"nda ticarət saatları artırılır "Bakı Fond Birjası" QSC keçirilən digər əməliyyatların (Mərkəzi Bankın repo və əks-repo əməliyyatları istisna olmaqla, digər repo əməliyyatlının, səhm və istiqrazlar üzrə isə təkrar bazar əməliyyatlarının) ticarət saatlarını 16:30-a qədər uzadıb.
Maliyyə
30 Sentyabr , 2022 13:19
Bakı Fond Birjasında ticarət saatları artırılır

Oktyabrın 3-dən "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) repo və əks-repo əməliyyatları istisna olmaqla, digər repo əməliyyatlarını, səhm və istiqraz üzrə isə təkrar bazar əməliyyatlarını saat 16:30-a qədər aparmaq mümkün olacaq.

"Report" xəbər verir ki, bu barədə BFB məlumat yayıb.

Hazırda sözügedən əməliyyatları saat 16:00-a qədər aparmaq olur. Bundan başqa, gələn həftədən nahar fasiləsi (saat 13:00-14:00) də ləğv edilərək ticarət saatlarına əlavə olunacaq.

Bu addım "BFB-nin üzvlərdən və bazar iştirakçılarından daxil olan müraciətlər nəzərə alınaraq, habelə beynəlxalq təcrübə əsas götürülərək ticarətin fasiləsizliyini təmin etmək məqsədilə, “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları”nın Ticarət Reqlamentinə əsasən atılır.

Son xəbərlər

Orphus sistemi