“Bakı Fond Birjası”nın xalis mənfəəti 20% azalıb

“Bakı Fond Birjası”nın xalis mənfəəti 20% azalıb “Bakı Fond Birjası” QSC (BFB) 2019-cu ili 3 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
2 İyun , 2020 13:37
“Bakı Fond Birjası”nın xalis mənfəəti 20% azalıb

“Bakı Fond Birjası” QSC (BFB) 2019-cu ili 3 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 20% azdır.

Ötən il BFB-nin əməliyyat gəlirləri 4,7 milyon manat (əvvəlki ilə nisbətən 18,3% az), əməliyyat xərcləri 1,3 milyon manat (2,5% az), faiz gəlirləri 403 min manat (təxminən 23% çox), mənfəət vergisi ödəmələri isə 765 min manat (18,4% az) təşkil edib.

Bu il yanvarın 1-nə BFB-nin aktivləri 11,8 milyon manat olub ki, bu da illik müqayisədə 41,6% çoxdur. Hesabat dövründə Birjanın öhdəlikləri 82,7% artaraq 1 milyon manata, balans kapitalı isə 38,7% artaraq 10,8 milyon manata çatıb.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,3 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 7 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 12 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi