“Bakı Fond Birjası”nın rəhbərliyi dəyişib

“Bakı Fond Birjası”nın rəhbərliyi dəyişib İyunun 3-də “Bakı Fond Birjası” (BFB) QSC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.
Maliyyə
4 iyun 2019 09:03
“Bakı Fond Birjası”nın rəhbərliyi dəyişib

İyunun 3-də “Bakı Fond Birjası” (BFB) QSC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, yığıncaqda qurumun 2018-ci il üzrə maliyyə nəticələri təsdiqlənib, müddəti bitdiyi üçün Audit Komitəsi yenidən formalaşdırılıb, eləcədə gündəliyə uyğun olaraq 2019-cu ilin büdcəsi təsdiq edilib.

Bundan başqa, Birjanın İdarə Heyətinin (İH) sədri Vüqar Namazov digər işə keçməsi ilə əlaqədar vəzifəsindən azad olunub. Onun vəzifəsinin icrası müvəqqəti olaraq Əməliyyat və İnformasiya Texnologiyaları üzrə direktor, İH-nin üzvü Eldar Abdullayevə həvalə edilib. 

Son xəbərlər

Orphus sistemi