"Bakı Fond Birjası"nın dövriyyəsi 50% artıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 50% artıb Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 690,7 milyon manat təşkil edib.
Maliyyə
3 Sentyabr , 2021 10:22
Bakı Fond Birjasının dövriyyəsi 50% artıb

Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 690,7 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,4% çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 2,3 dəfə artaraq 7 457 olub.

BFB-nin dövriyyəsinin 55%-i, yaxud 5 877,4 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 26,1% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 5,2 dəfə azalaraq 274,007 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 4,2 dəfə artaraq 4 539,3 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi